00:00:00
Yazar
Admin User
15.01.2024 09:49 395 1 dəq oxuma
İdman

İsrailli futbolçu Saqiv Jehezkel saxlanılıb

İsrailli futbolçu Saqiv Jehezkel saxlanılıb

"Antalyaspor"un "Trabzonspor" matçında qolu vurduqdan sonra davranışına görə heyətdən kənarlaşdırılan israilli futbolçu Saqiv Jehezkel nəzarətə götürülüb.

 

Ədliyyə naziri Yılmaz Tunç, İsrailin Qəzzada törətdiyi qırğına qol vurduqdan sonra dəstək verən çirkin hərəkəti səbəbiylə İsrailli futbolçu Sagiv Jehezkelə qarşı Antalya Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqının başladığını açıqladı.

 

Nazir Tunç sosial media hesabından açıqlamasında bunları deyib:

 

“İsrailli futbolçu Sagiv Jehezkelin vurduğu qoldan sonra İsrailin Qəzzada törətdiyi qırğına dəstək verən çirkin hərəkətinə görə “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayətinə görə Antalya Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladılıb".

 

Mənbə: TRT Haber

Tərcümə edən: Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər