İstənilən ssenariyə hazırıq, cavabımız sərt olacaq - Netanyahu
ABŞ-lə ittifaqımız heç vaxt bu qədər möhkəm olmayıb, istənilən ssenariyə hazırıq.
"İnformator.az" xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Əgər İran İsrailə hücum etsə, təsəvvür etmədiyi qədər sərt cavab alacaq”, - Netanyahu qeyd edib.
