İstanbulda ardıcıl terror aktları həyata keçirilib
İstanbulda axşam saatlarında ardıcıl terror hücumları törədilib.
İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdəki Trans-Avropa (TEM) magistral yolu ilə hərəkət edən polis nəqliyyat vasitələrinə hücum edilib. Naməlum şəxslərin avtomobilə silahla atəş açmaları nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitlərindən biri hücum nəticəsində alovlanıb.
Digər insident meqapolisin Sarıyer rayonunda baş verib. Magistral yolla hərəkət edən Fatih Sultan Mehmet Universiteti rektorluğuna aid avtomobilə atəş açılıb. Hücum nəticəsində sürücü yaralanıb.
Okmeydanı rayonunda da zirehli polis avtomobilinə uzunlüləli silahlardan atəş açılıb. Ölən və yaralanan olmayıb.
Hadisə yerindən qaçan terrorçuların ələ keçirilməsi üçün əməliyyat başlanılıb.
