00:00:00
Yazar
Admin User
17.12.2025 16:49 92 1 dəq oxuma
Hadisə

İstanbulda baş verən qəzada yeddi nəfər yaralanıb

İstanbulda baş verən qəzada yeddi nəfər yaralanıb

 

Çəkməköydə yeddi nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında yeddi nəfər yaralanıb.

İstanbulda Şilə şossesinin Çəkməköy Daşdələn ərazisindəki tunelin girişində, bütün nəqliyyat vasitələri Şilə istiqamətində hərəkət edərkən yeddi nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Məlumata əsasən, hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadaları göndərilib.

Tibbi yardım qrupları müalicə etdikdən sonra yeddi yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Təxminən yarım saat nəqliyyatın hərəkətinə bağlı qalan tunel qəzaya düşən nəqliyyat vasitələri çıxarıldıqdan sonra yenidən açılıb.


TRT XƏBƏR
Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər