00:00:00
Yazar
Admin User
03.03.2016 09:35 569 1 dəq oxuma
Dünya

İstanbulda növbəti terror hadisəsi baş verib

İstanbulda Bayrampaşada yerləşən Çevik Qüvvə Şöbəsinə silahlı və əl bombalı hücum edilib.
İstanbulda növbəti terror hadisəsi baş verib

İstanbulda Bayrampaşada yerləşən Çevik Qüvvə Şöbəsinə silahlı və əl bombalı hücum edilib.

İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vətən məhəlləsindəki bölmənin C qapısında olan təhlükəsizlik yerinə naməlum şəxslər tərəfindən əl bombası atılıb və silahla atəş açılıb. Burada işləyən polislər hücum edənlərə atəş açıb.

Hücum edənlərdən birinin yaralandığı və avtomobillə hadisə yerindən uzaqlaşdığı bildirilib. Məsələ ilə bağlı hadisə yerinə çox sayda polis göndərilib. Şübhəlilərin təqibi zamanı onların yaşayış binasında gizləndiyi ortaya çıxıb.

Binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə xüsusi təyinatlı polislər də göndərilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər