‘’İstanbulspor’’ da Hakan Yakın dönəmi başa çatıb
“İstanbulspor”un baş məşqcisi Hakan Yakının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi açıqlanıb.
"İstanbulspor"la 14 matça çıxan Yaxın 2 qələbə, 2 heç-heçə və 9 məğlubiyyət əldə edib.
‘’Qarşılıqlı razılaşma əsasında baş məşqçimiz Hakan Yakanla yollarımızı ayırdıq. Hakan Yakana və komandasına göstərdikləri səylərə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayırıq”,-deyə klubun açıqlamasında qeyd olunub.
Superliqada 7 xalla sonuncu pillədə qərarlaşan "İstanbulspor" ötən həftə öz meydanında "Konyaspor"la 0:0 hesablı heç-heçə edib.
Ayaz Zeynalzadə
