00:00:00
Yazar
Admin User
29.12.2023 18:34 422 2 dəq oxuma
İdman

İsti keçən Qış Transfer pəncərəsi

İsti keçən Qış Transfer pəncərəsi

Barselonanın bir müddətdir maraqlandığı Bavariyanın yarımmüdafiəçisi C.Kimmix ingilis klublarının da maraq dairəsinə düşüb.

 

“Liverpul” və “Mançester Siti” də alman futbolçuya elçi düşüb. Bu transferdə Pep Guardiola amili “şəhərliləri” daha iddialı göstərir.

 

“Arsenal” “Yuventus”un türk futbolçusu Kənan Yıldız ilə görüşməyə başlayıb. 40 milyon avroluq sərbəstqalma qiyməti olan futbolçu daha çox oynamaq istəyir. London klubu futbolçunu alıb icarəyə vermək niyyətindədir.

 

“Napoli” Viktor Osimyen ilə yeni müqavilə imzaladı. Bu müqavilə ilə Viktor Seria A-da ən çox maaş alan futbolçu oldu. Nigeriyalını transfer etməkdə israrlı olan “Çelsi” bu transferi gerçəkləşdirmək üçün 130 milyon avrosundan keçməli olacaq.

 

“Napoli”nin digər futbolçusu Zelinski “Liverpul”un diqqət mərkəzindədir. Yurgen Kloppun bu transferə xususi marağı var. Yanvarda alınmasa belə yay üçün əsas planlardan biridir.

 

“Roma” Leonardo Bonuççini transfer etmək istəyir. Berlin macərası başa çatan futbolçu da Romaya gəlməyə müsbət yanaşır.

 

Edin Cekonun yerini doldura bilməyən “İnter” “Porto”nun  Mehdi Taramini transfer etmək istəyir. “İnter” iranlı futbolçu ilə 3 illik müqavilə bağlamaq niyyətindədir.
Barselonanın bir müddətdir maraqlandığı Bavariyanın yarımmüdafiəçisi C.Kimmix ingilis klublarının da maraq dairəsinə düşüb.  “Liverpul” və “Mançester Siti” də alman futbolçuya elçi düşüb. Bu transferdə Pep Guardiola amili “şəhərliləri” daha iddialı göstərir.

 

“Arsenal” “Yuventus”un türk futbolçusu Kənan Yıldız ilə görüşməyə başlayıb. 40 milyon avroluq sərbəstqalma qiyməti olan futbolçu daha çox oynamaq istəyir. London klubu futbolçunu alıb icarəyə vermək niyyətindədir.

 

“Napoli” Viktor Osimyen ilə yeni müqavilə imzaladı. Bu müqavilə ilə Viktor Seria A-da ən çox maaş alan futbolçu oldu. Nigeriyalını transfer etməkdə israrlı olan “Çelsi” bu transferi gerçəkləşdirmək üçün 130 milyon avrosundan keçməli olacaq.

 

“Napoli”nin digər futbolçusu Zelinski “Liverpul”un diqqət mərkəzindədir. Yurgen Kloppun bu transferə xüsusi marağı var. Yanvarda alınmasa belə yay üçün əsas planlardan biridir.

 

“Roma” Leonardo Bonuççini transfer etmək istəyir. Berlin macərası başa çatan futbolçu da Romaya gəlməyə müsbət yanaşır.

 

Edin Cekonun yerini doldura bilməyən “İnter” “Porto”nun  Mehdi Taramini transfer etmək istəyir. “İnter” iranlı futbolçu ilə 3 illik müqavilə bağlamaq niyyətindədir.

 

Müzəffər Quluzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər