00:00:00
Yazar
Admin User
24.11.2025 10:39 91 1 dəq oxuma
Hadisə

İzmirdə 13 nəfər xəsarət alıb

İzmirdə 13 nəfər xəsarət alıb

 

İzmirin Kəmalpaşa rayonunda fabrik işçilərini daşıyan avtobusla mikroavtobusun toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

 

Rayondakı fabriklərə işçi aparan Rəsul T.-nin idarə etdiyi mikroavtobus və Hikmət Ç.- nin idarə etdiyi avtobus Turqutlu-İzmir avtomobil yolunun Bağyurdu Mütəşəkkil Sənaye Bölgəsi qovşağında toqquşub.

Məlumatın ardından qəza yerinə Kəmalpaşa və Manisanın Turqutlu rayonundan çoxlu sayda təcili yardım, yanğınsöndürən və polis qrupları sövq edilib.

İlkin məlumata görə, avtobus və mikroavtobusda olan 2-si ağır olmaqla 13 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə Kemalpaşa və Turqutlu xəstəxanalarına aparılıb.

 

TRT XƏBƏR
Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər