00:00:00
Yazar
Admin User
30.01.2026 14:28 67 1 dəq oxuma
Hadisə

“Kömək etmək” adı ilə yaxınlaşıb, çantanı oğurlayıb

“Kömək etmək” adı ilə yaxınlaşıb, çantanı oğurlayıb

 

Xətai rayonunda talama cinayəti qeydə alınıb.

"İnformator.az" xəbər verir ki, naməlum şəxs paytaxt sakininin avtomobilindən 600 manat, mobil telefon, planşet və digər əşyalarını oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 55 yaşlı İ.Xudiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, rayon ərazisində yerləşən marketlərin birinin qarşısında dayanaraq kassaya yaxınlaşan vətəndaşları müşahidə edib.

Daha sonra həmin şəxslərdən birinin maddi vəsaitini və dəyərli əşyalarını çantasına qoyduğunu görüb “kömək etmək” adı ilə çıxışda ona yaxınlaşıb və avtomobilinə qədər müşayiət edib. Çantanı yük yerinə qoyarkən isə oğurluq əməlini törədib.

Hadisənin baş vermə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər