Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib
Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 03:06-da başa çatıb.
