Kürdəmirdə 14 yaşlı oğlan öldürülüb
Meyiti su kanalının yaxınlığında tapılıb.
Yeniyetmənin kim tərəfindən öldürülməsi məlum deyil
Kürdəmir rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. APAın əldə etdiyi məlumata görə, Ərəbqubalıkənd sakini, 14 yaşlı Babayev İzzət Münasib oğlunun meyiti dünən axşam saatlarında su kanalının yaxınlığında tapılıb. İlkin müayinə nəticəsində yeniyetmənin ağzına dəsmal basılaraq öldürülməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
