00:00:00
Yazar
Admin User
26.08.2025 18:15 127 1 dəq oxuma
Hadisə

Kürdəmirdə ağır qəza:

Kürdəmirdə ağır qəza:

Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərdən birinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər