Kafe və restoranlarda özbaşınalığa son
Dənizkənarı Bulvarda kafe və restoranlara gedən sakinlər bu obyektlərin sahiblərinin hər hansı özbaşınalığı ilə qarşılaşarsa qaynar xəttə zəng etməklə öz etirazını bildirə bilər.
Dənizkənarı Bulvarda kafe və restoranlara gedən sakinlər bu obyektlərin sahiblərinin, yaxud işçilərinin hər hansı özbaşınalığı ilə qarşılaşarsa qaynar xəttə zəng etməklə öz etirazını bildirə bilər.
İnformator xəbər verir ki, bu haqda jurnalist Həmid Həmidov öz "Facebook" səhifəsində yazıb. O bu haqda ona məlumat göndərildiyini qeyd edib: "Əgər siz bulvar ətrafındakı çayxana və yaxud da restoranlarda çay istədikdə onun yanında əlavə nəsə götürməyə məcbur edilsəniz, "bizdə sadə çay verilmir" bəhanəsini eşitsəniz, yaxud orada qoyulmuş divanlarda sizi əyləşməyə qoymasalar (orada oturduqda ən azı çay dəstgahı sifariş etməli olduğunuz deyilsə), çəkinmədən dərhal 055-282-70-00, 012-480-18-36 "qaynar xət"ləri ilə əlaqə saxlayın."
