Kahramanmaraşda 4,2 bal gücündə zəlzələ qeydə alınıb
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ baş verib. Yeraltı təkanlar Göksun rayonunda saat 16:19-da qeydə alınıb.
Fəlakət və Təcili Yardım İdarəetmə İdarəsinin (AFAD) rəsmi məlumatına görə, episentri Göksun rayonu olan zəlzələnin gücü 4,2 bal təşkil edib. Yeraltı təkanların 10,82 kilometr dərinlikdə baş verdiyi müəyyənləşdirilib.
Hazırda zəlzələ nəticəsində dağıntı və ya tələfatla bağlı rəsmi məlumat açıqlanmayıb.
TRT XƏBƏR
Ləman Mahmudlu
