00:00:00
Yazar
Admin User
22.05.2025 19:23 267 1 dəq oxuma
Hadisə

Kanalda 12 gün əvvəl batmış şəxsin meyiti çıxarılıb

Kanalda 12 gün əvvəl batmış şəxsin meyiti çıxarılıb

Mayın 10-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin axtarışları yekunlaşıb.

 

Bu barədə "İnformator.az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti Şirvan suvarma kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində tapılıb və müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər