00:00:00
Yazar
Admin User
28.12.2023 15:45 447 1 dəq oxuma
İdman

Karlo Ançelottinin müqavilə müddətinin uzadılacağı gözlənilir

Karlo Ançelottinin müqavilə müddətinin uzadılacağı gözlənilir

İspaniyanın "Real" klubu baş məşqçisi Karlo Ançelottinin müqaviləsinin müddətini 2024-cü ilin yanvarında uzatmaq istəyir. Rəhbərlik 64 yaşlı mütəxəssisin nəticələrindən razıdır və İspaniya Superkuboku turnirindən əvvəl onunla görüşməyi planlaşdırır. Yanvarın 10-dan əvvəl nəzərdə tutulan toplantıda sözləşmənin uzadılması müzakirə olunacaq.

 

Bu barədə informator.az-a açıqlama verən "Səbail" komandasının baş məşqçisi Şahin Diniyev bildirib ki, Karlo Ançelotti "Real"da böyük işlər görüb və buna layiqdir.

 

"Keçən il uğurları o qədər də olmadı, amma bu başa düşüləndir. "Real" çempionlar liqasının öz ölkəsinin çempionu oldu, həm də kuboku götürdü. Eyni zamanda böyük nəticələrə nail olaraq bir neçə ilə "Real"ı dirçəltdi".

 

Şahin Diniyev bu müqavilənin hər iki tərəf üçün xeyirli olacağını qeyd edib.

 

Mövzu ilə bağlı informator.az-a açıqlamasında "Real"da Ançelottinin müqaviləsinin müddətini artırmaq istəməsinə normal yanaşan Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov qeyd edib ki, həmin komanda ilə hamı işləmək istəyir.

 

"Peşəkar insanlar belə addımlara gedirlər ki, həmin müqavilə də bunun göstəricisidir".

 

Çimnaz Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər