Kayseridə avtomobil aşıb
Kayseri-Malatya magistral yolunun Kəpəz qovşağı yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.
Yoldan keçənlərin xəbərdarlığından sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Maşında olan Kadir Yalnız hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan daha üç nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb və müalicə alırlar. Yalnızın cəsədi hadisə yerində aparılan araşdırmalardan sonra Kayseri Dövlət Xəstəxanası morquna aparılıb.
TRT HABER
Arzu Poladova
