Keçmiş bankir 102 il müddətinə azadlıqdan məhrum edilib
İstanbul məhkəməsi “Dənizbank”ın keçmiş filial direktoru Seçil Erzanı dələduzluq və aldatmada ittiham edərək 102 il 4 ay həbs cəzasına məhkum edib. O, həmçinin 178 min dollar cərimə olunub.
"İnformator.az"xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.
Məhkəmə Seçilin yaratdığı fondun yüksək mənfəət adı altında 41 nəfəri aldatdığını müəyyən edib. Fondun investorları arasında məşqçilər və futbolçular Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və başqaları olub.
