Kitabxanada yanğın baş verib
Sumqayıt şəhərində ümumi sahəsi 500 kv.m olan birmərtəbəli kitabxananın içərisində elektrik kabeli və elektrik sayğacının avtomatı yanıb.
Sumqayıt şəhərində ümumi sahəsi 500 kv.m olan birmərtəbəli kitabxananın içərisində elektrik kabeli və elektrik sayğacının avtomatı yanıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, kitabxana yanğından mühafizə olunub.
Yanğın saat 09:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
