Kiyevdə Milli Elmlər Akademiyasına edilən hücum nəticəsində ən azı bir nəfər həlak olub
Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerləşən məşhur Milli Elmlər Akademiyasına hücum edilib.
Dron hücumu zamanı bina alov içində qalıb və içəridəkilər pəncərələrdən asılı qalaraq qaçmağa çalışıblar. Xilasetmə qrupları tüstü ilə dolu binadan insanları təxliyə etmək üçün nərdivanlar qurublar. Hücum nəticəsində ən azı bir nəfərin öldüyü açıqlanıb. Pəncərələrə dırmaşan insanların sağ qalıb-qalmadığı məlum deyil. Akademiya binasında Ukraynanın aparıcı alimlərinin ofisləri yerləşirdi. Almaniya səfirliyi bu binanın düz yanında yerləşir.
BBC NEWS
Səmayə Səftərova