Kəlbəcərdə maşın aşdı, qadın hərbçi öldü
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatları araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
