Klopp ‘‘Liverpul’’ dan gedir
İngiltərə Premyer Liqa komandalarından "Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda baş məşqci postunu tərk edəcəyini açıqlayıb.
Klubun sosial media hesabında edilən paylaşımda Kloppun mövsümün sonunda komandadan ayrılacağı bildirilib.
Yurgen Klopp Liverpool-un sosial media hesabındakı paylaşımında "Bunu eşidəndə bir çox insan üçün təəccüblü olacağını bilirəm, amma açıq desəm izah edə bilərəm və ya izah etməyə çalışacağam. Bu klubla bağlı hər şeyi sevirəm. şəhər, azarkeşlər, komanda və heyət. Amma verməli olduğum qərarın bu olduğunu bilirəm. Enerjim tükənir. Hazırda yaxşıyam, amma bunu çoxdan açıqlamalı olduğumu bilirəm. Mən bunu bildirməliydim. İndi tamamilə yaxşıyam’’,-deyib
Klopp 2014-15 mövsümündən "Liverpul"u çalışdırıb.
Ayaz Zeynalzadə
