00:00:00
Yazar
Admin User
19.05.2015 09:22 331 1 dəq oxuma
Sosial

Kəmaləddin Heydərov Qazaxıstanda rəsmi səfərdədir

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qazaxıstana səfərə gedib.
Kəmaləddin Heydərov Qazaxıstanda rəsmi səfərdədir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 19 may 2015-ci il tarixində Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həmin ölkəyə rəsmi səfərə gedib.

Fövqəladə Hallar Nazirliyindən İnforçator-a verilən məlumata görə, səfərin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsidir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər