00:00:00
Yazar
Admin User
13.02.2015 07:47 386 1 dəq oxuma
Sosial

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdəki aqrokimyəvi laboratoriyaların fəaliyyətindən narazıdır

Nazirlik problemlərin aradan qaldırılması istiqamətində görülən işləri gücləndirəcək
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdəki aqrokimyəvi laboratoriyaların fəaliyyətindən narazıdır

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdəki aqrokimyəvi laboratoriyaların fəaliyyətindən narazıdır. Avadanlıqların müasir standartlara uyğun olmaması işləri çətinləşdirib. 2014-cü ildə aqrokimya laboratoriyaları bölgələrdə 20 min torpaq nümunəsi götürüb. İl ərzində nümunələr təhlil olunaraq nəticələrə uyğun gübrə dozaları müəyyənləşdirilib. Kənd Təsərrüfatı Nazirliyinin Şöbə müdiri İmran Cümşüdov aqrokimyəvi labarotoriyalarda təhlil olunan nümunələrin onları qane etmədiyini bildirib. Problem təkcə avadanlıqların köhnə olması deyil. Bu sistemi işlədəcək kadrlara da ehtiyac var. Nazirlik problemlərin aradan qaldırılması istiqamətində görülən işləri gücləndirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər