00:00:00
Yazar
Admin User
25.01.2024 13:04 458 1 dəq oxuma
İdman

Kobe Bryantın ölümündən 4 il keçir

Kobe Bryantın ölümündən 4 il keçir

20 il Amerika Basketbol Liqasında (NBA) geyindiyi Los Angeles Lakers forması ilə saysız-hesabsız uğur və rekordlar qazanan Kobe Brayantın ölümündən 4 il keçir.

 

İdman dünyası 26 yanvar 2020-ci ildə 41 yaşlı Brayant və 13 yaşlı qızı Cannanın, həmçinin daha 7 nəfərin həlak olduğu helikopter qəzasını unuda bilməyib.

 

Los Angeles Lakers ilə 5 NBA Çempionluğu qazanan 18 dəfə ulduz seçilən, 2008-ci ildə müntəzəm mövsümün və 2009 və 2010-cu illərdə final seriyasının ən dəyərli oyunçusu (MVP) mükafatını alan, 2008 və 2010-cu illərdə qızıl medal qazanan Kobe Bryantın ölümü basketbolsevərləri şoka saldı.

 

Bryantın şəkilləri və ya onunla eyniləşdirilən 8 və 24 rəqəmləri dünyanın hər yerində basketbol meydançalarına və küçə divarlarına çəkildi.

 

Brayantın qurduğu Mamba İdman Akademiyasında basketbol oyununa getmək üçün havaya qalxan helikopter Kalabasas şəhərində qəzaya uğrayıb. Qəza ilə bağlı aparılan araşdırmalar nəticəsində Ara Zobayanın idarə etdiyi helikopterin sıx dumanın təsirindən idarəetmədən çıxdığı müəyyən edilib.

 

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər