Kocaelidə 4 mərtəbəli yaşayış binasında yanğın baş verib
Kocaelinin Karamürsel rayonunda dördmərtəbəli yaşayış binasında baş verən yanğını yanğınsöndürmə briqadaları söndürüb.
Kayacık məhəlləsindəki yaşayış kompleksində yerləşən dördmərtəbəli mənzil binasının son mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.
Məlumata əsasən, hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadaları göndərilib.
Bölmələr vasitəsilə söndürülən yanğın mənzilə ziyan vurub.
TRT XƏBƏR
Arzu Poladova
