Kolumbiya Venesueladan qaz idxalına məhdudiyyətlərlə üzləşib
Kolumbiya ABŞ rəsmilərinin xüsusi icazəsi olmadan Venesueladan təbii qaz idxal edə bilməyəcək ki, bu da ölkənin enerji təchizatını təmin etmək planlarını çətinləşdirir.
"İnformator.az" xəbər verir ki, bunu Kolumbiyanın dağ-mədən sənayesi və energetika naziri Edvin Palma Karakasda Venesuela rəhbərliyi ilə görüşün yekunlarına dair bildirib.
Nazirin sözlərinə görə, sövdələşmənin "Ecopetrol" dövlət şirkəti vasitəsilə həyata keçirilməsi əlavə razılaşmasız qeyri-mümkün olub.
"Təəssüf ki, görünən odur ki, biz "Ecopetrol" vasitəsilə bu tranzaksiyanı həyata keçirə bilməyəcəyik", - Palma bəyan edib.
O həmçinin vurğulayıb ki, lazımi icazənin alınması xeyli vaxt apara bilər.
