Kosta-Rikada 8 nəfər Zika virusuna yoluxub
Kosta-Rikada 8 yerli, 2 xarici vətəndaş “Zika” virusuna yoluxub.
Kosta-Rikada 8 yerli, 2 xarici vətəndaş “Zika” virusuna yoluxub.
İnformator.az “Ria Novosti”yə istinadən xəbər verir ki, əcnəbi vətəndaşlardan biri Honduras digəri kolumbiyalıdır. Bu haqda Ölkənin səhiyyə nazirliyi məlumat verib.
“Zika” virusuna ilk olaraq 2015-ci ildə Braziliyada rast gəlinib. Daha sonra virus Latın Amerikasında geniş yayılıb, eyni zamanda bəzi Avropa ölkələrində və ABŞ-da da qeydə alınıb. Epidemiya başladığı gündən bu günə qədər Braziliyada 1,5 milyon insan virusa yoluxub.
