Kremlin 2025 “uğuru”
2025-ci ildə Rusiya Ukraynanın cəmi 4400 kv.km ərazisini ələ keçirə bilib.
“İnformator.az” xəbər verir ki, bu barədə “Bild” nəşrinin analitiki Yulian Röpke məlumat verib.
“2025-ci ildə bu “uğur” uğrunda təxminən 100 min rus ölüb. Rusiya 2025-ci ildəki kimi “uğurlu” davranmağa davam etsə belə, Kremlin ordusuna Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələri üzərində nəzarəti ələ keçirmək üçün ən azı dörd il vaxt lazım olacaq. Bu arada, Rusiya iqtisadiyyatı kütləvi inflyasiya və əlçatmaz əsas faiz dərəcələri səbəbindən getdikcə zəifləyir.
Rusiyanın Ukraynada yeganə sürətli qələbə ümidi Kiyevi qoşunlarını vacib ərazilərdən könüllü olaraq geri çəkməyə məcbur etmək üçün Tramp administrasiyası ilə birgə səy göstərməkdir”, - Röpke bildirib.
