Külək işıq dirəyini maşınların üzərinə aşırıb
Gəncədə işıq dirəyi minik və yük avtomobilinin üzərinə aşıb.
"İnformator.az" xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
Güclü külək nəticəsində işıq dirəyi "Mitsubişi" markalı minik və "Qazel" markalı yük avtomobilinin üzərinə aşıb.
Avtomobillərə ciddi ziyan dəyib.
