Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
Kürdəmirdə ildırım vurması nəticəsində bir nəfər ölüb.
“İnformator.az” APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub. O, hadisə nəticəsində həyatını itirib.