Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğulub
Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq ölüb.
"İnformator.az"xəbər verir ki, hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib. 1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib. İlkin məlumata görə, o, dənizdə boğularaq həyatını itirib.
Hadisə barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Meyit sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
