00:00:00
Yazar
Admin User
17.07.2025 07:28 180 1 dəq oxuma
Hadisə

Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub

Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub

Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

 

Qeyd edilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.

 

Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər