00:00:00
Yazar
Admin User
25.12.2025 19:04 87 2 dəq oxuma
Dünya

Əlcəzairdən Fransaya sərt qərar

Əlcəzairdən Fransaya sərt qərar

Əlcəzair parlamenti Fransanın Şimali Afrika ölkəsini müstəmləkə altına almasını cinayət kimi tanıyan qanunu qəbul edib. Qanun Fransanın 130 illik hakimiyyəti dövründə ələ keçirilmiş mülklərin geri qaytarılmasını, eləcə də tarixi ədalətsizliklərin aradan qaldırılmasına yönəlmiş digər tələbləri nəzərdə tutur.

 

Fransa bu qanunu keçmişin yaralarını sağaltmaq istiqamətində ikitərəfli səylərə zərbə vuran “düşməncəsinə addım” adlandırıb. İki ölkə arasında mədəni və iqtisadi əlaqələr yaxın olsa da, diplomatik münasibətlər uzun müddətdir problemlidir. Simvolik məna daşıyan təntənəli mərasimdə Əlcəzair Milli Assambleyasının 407 üzvündən 340-ı çərşənbə gecəsi qanunun lehinə səs verib. Bu qərar Afrika ölkələrinin müstəmləkə dövrü cinayətlərinin tanınması və təzminat tələbləri ilə bağlı kollektiv qətnamə qəbul etməsindən cəmi bir neçə həftə sonra verilib. Qanun 1830-cu ildə Fransa kralı Şarl X-in ordusunun Əlcəzairin qərbindəki Sidi Ferruş sahillərinə çıxmasından 1962-ci il 5 iyul -Əlcəzairin rəsmi müstəqillik gününə qədər olan dövrü əhatə edir. Qanun, Fransız müstəmləkəçiliyini tərifləyən hərəkətlərə, Əlcəzair müqavimətinin simvollarına hücumlara və “müstəmləkəçi məzmunlu ifadələrə” görə həbs cəzaları müəyyən edir.

 

Fransanın bu tələblərə əməl etməsi ehtimalı azdır. Fransa Xarici İşlər Nazirliyinin sözçüsünün ofisi Associated Press-ə açıqlamasında qanunu “açıq-aşkar düşmən təşəbbüsü” adlandırıb. Açıqlamada Prezident Emmanuel Makronun dövründə müstəmləkə irsi ilə bağlı atılan addımlar xatırladılıb və təhlükəsizlik və miqrasiya məsələləri üzrə dialoqun davam etdiriləcəyi bildirilib. Əlcəzair inqilabı zamanı yüz minlərlə insan həlak olub; Fransa qüvvələri hakimiyyəti saxlamaq üçün apardıqları əks-üsyan strategiyası çərçivəsində işgəncələr, itkin düşmələr və kəndlərin dağıdılması kimi ağır tədbirlərə əl atıblar.

 

AP news

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər