00:00:00
Yazar
Admin User
22.03.2025 11:15 430 1 dəq oxuma
Hadisə

Lewotobi Laki-Laki vulkanında püskürmə

Lewotobi Laki-Laki vulkanında püskürmə

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətinin Şərqi Flores bölgəsində Levotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində ətrafa kül buludları yayılıb

 

İndoneziya Geologiya Agentliyi Levotobi Laki-Laki vulkanının fəaliyyəti ilə bağlı açıqlama verib. Açıqlamada, vulkanik aktivlik yaşayan vulkanın püskürməsi nəticəsində təxminən 8 min metr yüksəkliyə kül səpildiyi bildirilib.

 

Səlahiyyətlilər partlayış xəbərdarlığı səviyyəsini ən yüksək səviyyəyə qaldırarkən, krater ətrafındakı daha əvvəl 7 kilometr olaraq təyin olunan təhlükə zonası 8 kilometrə qədər genişləndirilib.

 

Avstraliya və Bali arasında bəzi uçuşlar vulkanik fəaliyyətə görə ləğv edilərkən, adaya digər beynəlxalq və daxili uçuşlar da təxirə salınıb.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər