00:00:00
Yazar
Admin User
16.05.2015 07:55 621 1 dəq oxuma
Sosial

Əli Abbasov: I Avropa Oyunları zamanı heç bir problem olmayacaq

Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.
Əli Abbasov: I Avropa Oyunları zamanı heç bir problem olmayacaq

"I Avropa Oyunlarının gedişatında telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatla bağlı heç bir problem olmayacaq."

Bunu Rabitə və Yüksək texnologiyalar naziri əli Abbasov Sumqayıtda vətəndaşlarla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. 

"Artıq bir aydan sonra Bakı şəhərində birinci Avropa Oyunlarının açılış mərasimi keçiriləcək və bu oyunlar iki həftə davam edəcək. Bütün sahələrdə olduğu kimi, Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. Bütün bu işləri biz artıq hazır vəziyyətə gətirmişik və bir neçə dəfə sınaq prosesləri də həyata keçirilib. Eyni zamanda Qafqazın ilk və yeganə peyk operatoru olan "Azərkosmos" "Bakı 2015"-in rəsmi peyk yayım təchizatçısı elan edilib və "Azerspace-1" bu Oyunların dünyada yayımını təşkil edəcək 4 peykdən biridir. Hesab edirik ki, I Avropa Oyunlarının gedişatında telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatla bağlı heç bir problem olmayacaq",- deyə nazir ifadə edib. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər