00:00:00
Yazar
Admin User
16.05.2015 07:40 408 2 dəq oxuma
Sosial

Əli Abbasov Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif irəli sürəcək

Tələbənin ali məktəbə daxil olub təhsil alacağı dörd il müddətində ödəyəcəyi vəsaitlərin mənbəyi əvvəlcədən araşdırılmalıdır.
Əli Abbasov Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif irəli sürəcək

"İndiyə qədər keçirdiyimiz görüş və qəbulların analizi göstərir ki, təhsil haqlarının ödənilməsi məsələləri ilə bağlı bizə edilən müraciətlər ümumi müraciətlərdə üstünlük təşkil edir."

İnformator xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açılamasında deyib. Nazir: "Əsasən övladları ödənişli əsaslarla ali təhsil müəssisəsinə daxil olan valideynlər bu ödənişləri qarşılamaq qabiliyyətində olmadıqlarını, buna güclərinin çatmadığını bildirirlər. Universitetdə çox yaxşı oxuyan, amma ödəmə qabiliyyəti olmadığı üçün tələbənin təhsil müəssisəsindən xaric edilməsi də düzgün olmazdı. Ona görə də biz keçirilən görüşlər və son qəbullardan sonra Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif irəli sürmək qərarına gəlmişik. Ödənişli ixtisasları seçəcək abituriyentlərin təhsil haqlarını qaytarma qabiliyyəti qəbul olunacaqları ali təhsil müəssisələri tərəfindən əvvəlcədən araşdırılmalıdır", - deyib.

Ə. Abbasov əlavə edib ki, əgər universitet tələbəni qəbul edirsə, onun təhsil haqqını ödəyib-ödəyə bilməyəcəyini də bilməlidir: "Tələbə təhsil ödənişlərini qarşılaya bilmirsə, bu maliyyələşdirmə müəyyən qrantlar, dövlətin təsis etdiyi müvafiq fondlardan vəsait cəlb edilməklə ödənilməlidir. Belə olarsa, o zaman problem də yaranmayacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq, biz bu gün mühəndis-texniki ixtisasları seçən tələbələrə müəyyən qədər kömək edirik. Amma analizlərimiz göstərir ki, ödənişləri qarşılaya bilməyən şəxslərə bu yolla kütləvi şəkildə yardım etmək mümkün deyil. Ən doğrusu, tələbənin ali məktəbə daxil olub təhsil alacağı dörd il müddətində ödəyəcəyi vəsaitlərin mənbəyi əvvəlcədən araşdırılmalıdır."

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər