Liftdə qalmış şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.
İnformator Nazirliyin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.
Əməliyyat saat 01:21-də başa çatıb.
