Liftdə qalmış şəxs xilas edilib
Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.
Əməliyyat saat 08:40-də başa çatıb.
