00:00:00
Yazar
Admin User
09.02.2026 08:43 38 1 dəq oxuma
Hadisə

Livanda ölənlərin sayı artıb

Livanda ölənlərin sayı artıb

Livanın Tripoli şəhərində beşmərtəbəli binanın uçması nəticəsində 6 nəfər həlak olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə şəhər meri Abdel Həmid Kərim X səhifəsində yazıb.

 

“Hazırda dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb, 7 nəfəri isə xilas etmək mümkün olub. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Axtarış tədbirləri davam edir”, - deyə o bildirib.

 

Livanın Tripoli şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Dağıntılar altından isə 9 nəfər sağ çıxarılıb.

Hazırda xilasetmə qruplarının axtarış tədbirləri davam edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər