00:00:00
Yazar
Admin User
26.04.2025 08:30 290 1 dəq oxuma
Hadisə

Lənkəranda avtomobillər toqquşdu, ər-arvad yaralanıb

Lənkəranda avtomobillər toqquşdu, ər-arvad yaralanıb

 

Lənkəranda yol qəzası baş verib.

 


"İnformator.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Fiat Doblo” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” ilə toqquşub. Nəticədə “Fiat Doblo”da olan Astara rayonunun Maşxan kənd sakinləri 1980-ci il təvəllüdlü Şölə Kamil qızı Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Əliağa oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər