Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub
Lökbatanda yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində anbarda yanğın baş verməsi ilə bağlı məlumat FHN-in "112" qaynar xəttinə məlumat daxil olub:
"FHN-in qüvvələri əraziyə cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması alovun söndürülməsini mürəkəbbləşdirib. Yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğına bitişik olan digər anbarlar alovdan mühafizə olunub".