Luis Suares "İnter Mayami"də
‘’İnter Mayami’’ klubu Luis Suaresin transferini rəsmən açıqladı. Uruqvaylı hücumçu yenidən Lionel Messi ilə komanda yoldaşı olacaq.
Mövsümün əvvəlində Braziliya təmsilçisi "Qremio"ya transfer olunan Suares 53 matçda meydana çıxıb. Uruqvaylı futbolçu sözügedən matçlarda 26 qol vurub, 17 məhsuldar ötürmə edib.
Futbola “Nacional”da başlayan Luis Suares daha sonra “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona”, “Atletiko Madrid” və “Qremio”da çıxış edib. Təcrübəli mərkəz forvardı üçün 125 milyon avrodan çox transfer haqqı ödənilib.
Qeyd edək ki, Luis Suares ‘’İnter Mayami’’ də 9 nömrəli forma ilə çıxış edəcək.
Ayaz Zeynalzadə
