00:00:00
Yazar
Nigar Həsənzadə
28.07.2026 22:06 17 1 dəq oxuma
Hadisə

Mərdəkanda iki nəfər dənizdə batıb

Mərdəkanda iki nəfər dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "İnformator.az"a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

 

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

 

Bildirilib ki, əlavə məlumat veriləcək.

#baki #iki #nəfər #yeni #batıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər