00:00:00
Yazar
Admin User
31.05.2015 12:47 363 1 dəq oxuma
Sosial

Müdafiə naziri Qırğızıstana gedib

Zakir Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub
Müdafiə naziri Qırğızıstana gedib

akir Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.Mayın 31-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.Səfər iyunun 2-dək davam edəcəkdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər