00:00:00
Yazar
Admin User
27.12.2025 14:22 94 1 dəq oxuma
Hadisə

Müəllim dəhşətli qəza törədib: ölü və yaralılar var

Müəllim dəhşətli qəza törədib: ölü və yaralılar var

Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb.


"İnformator.az" Bakupost.az-a istinadən xəbər verir ki, qəza "Leksus" markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib.

Avtomobildə sürücüdən əlavə bir neçə qadın sərnişinin olduğu, onlardan birinin öldüyü bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl də Biləsuvarda avtomobilin kanala düşməsi nəticəsində 5 nəfər ölüb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər