00:00:00
Yazar
Admin User
17.02.2015 07:06 1019 1 dəq oxuma
Sosial

Magistratura imtahanına hazırlıqda son mərhələ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib.
Magistratura imtahanına hazırlıqda son mərhələ

Magistraturaya sənəd vermiş bakalavrların nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib. 

Magistraturaya qəbul olmaq istəyən bakalavrlar "İmtahana buraxılış vərəqi" ni çap edə bilərlər. 

Buraxılış vərəqini çap etmək üçünhttps://eservices.tqdk.gov.az/brxvmag/?frm=egovlinkinə daxil olmaq kifayətdir. 

Xatırladaq ki, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılıb. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə(eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu özü təsdiq edib. 

İmtahan iki mərhələdə keçiriləcək. Birinci mərhələ fevralın 23-də baş tutacaq. Müvafiq bal toplayaraq ikinci mərhələyə keçənlər isə mayda ikinci dəfə imtahan verəcəklər. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər