Manisada 35 qanunsuz miqrant saxlanılıb
Türkiyənin Manisa vilayətinin Yunusemre rayonunda polis əmrinə tabe olmayan panel mikroavtobus təqibdən sonra saxlanılıb.
Nəqliyyat vasitəsində 10-u uşaq olmaqla ümumilikdə 35 qanunsuz miqrant aşkarlanıb. Miqrantlar prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib, sürücü və digər 4 şübhəli isə polis bölməsində dindirilməkdədir.
TRT Haber
Aişə Mustafayeva
