00:00:00
Yazar
Admin User
08.09.2025 07:28 129 1 dəq oxuma
Hadisə

Marneulidə 2 Azərbaycan vətəndaşı saxlanılıb

Marneulidə 2 Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsi əməkdaşları iki Azərbaycan vətəndaşını saxlayıb.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, 1966-cı il təvəllüdlü C.M. və 1993-cü il təvəllüdlü M.M qabaqcadan əlbir olaraq külli miqdarda saxta pul mübadiləsi faktı ilə ittiham olunurlar.

 

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşən valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişdiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta pulları sübut kimi götürüblər.

 

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Qanunvericiliyə əsasən, bu əməlin cəzası 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər