00:00:00
Yazar
Admin User
24.02.2016 06:16 1057 1 dəq oxuma
Hadisə

\"Mars\" və \"Snickers\" 55 ölkədən məhsullarını geri çağırıb

\"Mars\" və \"Snickers\" şokoladlarının istehsalçısı Almaniya bazarında satılan məhsullarını geri qaytarır.
\"Mars\" və \"Snickers\" 55 ölkədən məhsullarını geri çağırıb

\"Mars\" və \"Snickers\" şokoladlarının istehsalçısı Almaniya bazarında satılan məhsullarını geri qaytarır.

İnformator.az \"Röyters\" agentliyinə istinadən xəbər verir ki, buna səbəb şokolad batonlarının içindən plastik aşkar olunmasıdır.

İstehsalçının bəyanatında deyilir ki, şirkət müştərilərinin keyfiyyətsiz mallar istehlak etməsini istəmir. Geri çağrılma Niderland, Büyük Britaniya, Almaniya, Vyetnam, İspaniya, İtaliya, Şri-lanka və s. ölkələr də daxil olmaqla 55 ölkəyə aid edilib. 

\"Mars\" və \"Snickers\"lə yanaşı, Almaniya bazarından, həmçinin \"Milky Way Minis\", \"Milky Way Miniatures\" şokoladları və \"Celebrations\" konfetləri çıxarılacaq. Onların etiketlərindəki istifadə müddəti 2016-cı il iyunun 19-dan 2017-ci il yanvarın 8-dək göstərilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər